Ulduz futbolçu Aleksandr Zinçenko Ukrayna üçün döyüşə hazırdır

Ukraynadakı müharibə kampaniyasına Premyer Liqanın ulduz futbolçusu da qoşula bilər. "Arsenal"ın sol cinah müdafiəçisi  Aleksandr Zinçenko klubunu hərbi xidmətə dəyişə biləcəyini bildirib.

Sherg.az xəbər verir ki, "Arsenal"ın ukraynalı ulduzu ölkəsinin daha çox dəstəyə ehtiyac olduğunu, zəng gələrsə İngiltərədən ayrılaraq müharibəyə qatıla biləcəyini qeyd edib.

Ulduz futbolçu məsələ ilə bağlı belə danışıb:

“Əgər zəng gəlsə, döyüşə gedə bilərəm. Bir müddət əvvəl eyni məktəbdə oxuduğum dostlarım hazırda müharibədədir. Düzünü desəm, bunu qəbul etmək çox çətindir, amma belədir. Biz təslim ola bilmərik. Ukraynalı olmağımla indiki qədər fəxr edə bilməzdim. Müharibə tezliklə bitsə, biz Ukraynamızı həqiqətən istədiyimiz kimi bərpa edə bilərik”.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski hərbi xidmətə çağırış yaşını 27-dən 25-ə endirən qanun layihəsini imzalayıb.