Medvedev: "Crocus City Hall"da terror aktını Makron maliyyələşdirib

“Crocus City Hall”da törədilən və çoxsaylı insan ölümünə səbəb olan terror aktını Fransa Prezidenti Emmanuel Makron maliyyələşdirib.
APA-nın “Rossiyskaya Qazeta”ya istinadən xəbərinə görə, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Telegram” kanalında yazıb.
O bildirib ki, bu işdə Fransa liderinə NATO ölkələrinin rəhbərləri dəstək verib.
Medvedev əlavə edib ki, bundan sonra həmin şəxslər təkcə Rusiyanın düşməni deyil.