Lavrov Çinə gedir

Rusiya xarici işlər naziri Sergey Lavrov Çinə səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova məlumat verib.

“8-9 aprel tarixlərində Rusiya xarici işlər naziri Sergey Lavrovun Çinə səfəri baş tutacaq. Səfər zamanı Sergey Lavrov və həmkarı Van Yi ikitərəfli əməkdaşlığı, beynəlxalq gündəmi müzakirə edəcək”, - Zaxarova bildirib.