İynə atsan, yerə düşməz: Hotellər dolub-daşır

  Türkiyənin tarixi Kapadokya bölgəsində mehmanxanalar 98 faiz dolub. 
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, Kapadokya tarixi, mədəni iris və təbii gözəllikləri ilə xarici ölkə vətəndaşlarının hər zaman maraq dairəsində olub. Qarşıdakı Ramazan bayramı günlərində isə Kapadokyanın qarşılayacağı qonaqların sayı birəbeş artıb. 9 günlük Ramazan bayramı günləri üçün Kapadokyanın hotellərində yerlər 98 faiz dolub.  Kapadokyanın “Pəri bacaları”, yeraltı şəhəri, qayadakı tarixi kilsə, monastırları UNESCO Mədəni İrsi siyahısındadır. Bu səbəbdən də Kapadokyanın qonaqları həmişə çox olur. Turistlərin sevimli əyləncəsinə hava şarları ilə gəzintilər, avtomobillərlə, atlarla gəzintilər də daxildir. Ramazan bayramının ikinci günündən etibarənsə bölgədə turist sayının həddindən artıq çoxalacağı gözlənilir.  Kapadokyada turizm mövsümü 15 martdan başlayıb noyabr ayınadək davam edir.