Yaponiya ABŞ-la hərbi ittifaq yarada bilər

“Yaponiya Ukrayna və Yaxın Şərq münaqişələri səbəbindən ABŞ ilə hərbi ittifaq yaradılmasını nəzərdən keçirir.
APA Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Fumio Kişida bildirib.
O deyib ki, son dövrlər baş verən qlobal silahlı münaqişələr ölkənin müdafiə strategiyasına dəyişiklik zərurəti yaradıb.
Fumio Kişidanın sözlərinə görə, ölkəsi rəsmi Pekinin uzun müddətdir Şərqi və Cənubi Çin dənizlərində status-kvonu dəyişmək cəhdlərinə yol verməsinin qəbuledilməzliyini vurğulayıb.
Qeyd edək ki, yerli mətbuatda Yaponiya baş nazirinin Şimali Koreya lideri Kim Çen Ina 2002-ci ildən sonra ilk görüşün keçirilməsi barədə təklif göndərdiyi yazılıb.