Olaf Şolts Çinə səfər edəcək

Almaniya Kansleri Olaf Şolts Çinə səfər edəcək.
Bu barədə federal hökumətin rəsmi saytında məlumat verilib.
Almaniya lideri aprelin 13-dən 16-dək Çində səfərdə olacaq.
Olaf Şolts səfər çərçivəsində Çin lideri Si Cinpinlə və digər rəsmilərlə görüşlər keçirəcək.