ABŞ-Yaponiya İttifaqı: Məqsəd Çinin nüfuzunu aşağı salmaqdır? -TƏHLIL

“Yaponiya Ukrayna və Yaxın Şərq münaqişələri səbəbindən ABŞ ilə hərbi ittifaq yaradılmasını nəzərdən keçirir"
Bunu Yaponiyanın baş naziri Fumio Kişida bildirib.
O deyib ki, son dövrlər baş verən qlobal silahlı münaqişələr ölkənin müdafiə strategiyasına dəyişiklik zərurəti yaradıb.

Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib ki, Yaponiya və ABŞ arasında hərbi ittifaq indi də mövcuddur.

"Yaponiyaya İkinci Dünya müharibəsindən sonra hərbi sahədə məhdudiyyətlər qoyulduğu bizə məlumdur. Faktiki olaraq indiki şəraitdə Yaponiyanın təhlükəsizliyini ABŞ təmin edir. ABŞ-nin Yaponiya ilə hərbi ittifaq bağlamaqdakı məqsədi Uzaq Şərqdə Çinin nüfuzunu azaltmaqdır. Çox güman ki, Çin bu hadisələrə cavab olaraq hərbi sahədə bir sıra addımlar atacaq. Görünən odur ki, bu və digər formada Yaponiya və ABŞ arasında rəsmi olmasa belə yeni ittifaq olacaq".

Yusif Mamedov