Honq Konq ilk dəfə vəhşi meymunun hücumuna məruz qaldıqdan sonra ölümcül "Meymun B" virusu diaqnozu qoyulan şəxsin xəstəxanada həyat uğrunda mübarizə apardığını açıqlayıb.
South China Morning Post qəzetinin verdiyi məlumata görə, Sağlamlığı Mühafizə Mərkəzinin verdiyi açıqlamada, 37 yaşlı kişinin hərarət və huşunu itirmə şikayətləri ilə martın 21-də Tsuen Van şəhərində xəstəxanaya yerləşdirildiyi deyilib.
“Sherg.az” türk mediasına istinadən xəbər verir ki, fevralın sonunda Kam Şan Milli Parkına səfəri zamanı vəhşi meymunun hücumuna məruz qalan bu şəxsdə onurğa-beyin mayesinin analizi nəticəsində “Meymun B” virusunun olduğu bildirilib.
Açıqlamada sözügedən şəxsin vəziyyətinin hazırda ağır olduğu və müalicəsinin xəstəxananın reanimasiya şöbəsində aparıldığı, iş üzrə araşdırmaların davam etdirildiyi bildirilib.
VİRUSUN İNSANDAN İNSANA KEÇMƏSİNƏ NADİR RAST GƏLİNİR
Honq-Konqda tez-tez rast gəlinən makaka meymunlarının dişləməsi, qripə bənzər əlamətlər göstərərməsi və qaşıması yolu ilə insanlara keçən xəstəliyin mərkəzi sinir sisteminə ölümcül səbəb ola biləcəyi vurğulanıb. Virusun insandan insana keçməsinə nadir rast gəlinir.
Açıqlamada insanlara keçən “Meymun B” virusu hadisəsinə ilk dəfə Honq-Konqda rast gəlindiyi, lakin virusun daha əvvəl ABŞ, Kanada, Çin və Yaponiyada müşahidə edildiyi bildirilib.
Honq-Konq səhiyyə orqanları ictimaiyyətə vəhşi meymunlarla təmasdan qaçınmaq üçün xəbərdarlıq edib. Həmçinin çirklənmə riskini azaltmaq üçün hər hansı dişləmə və ya cızıqın dərhal yuyulmasını tövsiyə edib.
Bir insanın "Meymun B" virusuna yoluxması ilə bağlı ilk sənədləşdirilmiş hadisə 1932-ci ildə baş verib.