Ukraynanın bərpası üçün 486 milyard dollara ehtiyac var.
APA xəbər verir ki, bu barədə Dünya Bankı məlumat yayıb.
“Ukraynada yenidənqurma və bərpa xərcləri 486 milyard dollara yüksəlib”, - məlumatda deyilir.
Bildirilir ki, bu məbləğ Ukrayna 2021-ci ildə olan iqtisadiyyatının həcmindən demək olar ki, iki dəfə çoxdur.