Putin: “Ukrayna anladı ki, Rusiyanı məğlub etmək mümkün deyil”

Ukrayna artıq başa düşüb ki, Rusiyanı döyüş meydanında məğlub etmək mümkün deyil.

APA xəbər verir ki, bunu Rusiya lideri Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü zamanı deyib.

“İndi başa düşürlər ki, bu mümkün deyil. Danışıqlardan imtina etdilər. İndi isə olduqca çətin vəziyyətə düşüblər”, - Putin vurğulayıb.