İsrail Livana aviazərbələr endirib

İsrail hərbi aviasiyası səhər saatlarında Livanın cənub-şərqinə aviazərbələr endirib.
APA-nın “Al Jazeera“ telekanalına istinadən xəbərinə görə, bu addım həmin ərazinin “Hizbullah” terror təşkilatının dayaq məntəqələrindən biri olması ilə əsaslandırılıb.
Dağıntı və ya insan tələfatı barədə məlumat verilməyib.