Tiflisdə aksiyalar davam edir: Rustaveli prospekti bağlandı

Gürcüstanın paytaxtı Tiflisdə "Xarici agentlər haqqında" qanuna etirazlar davam edir.

Axar.az xəbər verir ki, etirazçılar parlament binasının qarşısındakı Rustaveli prospektini bağlayıblar.

Parlament binasının ətrafında və daxilində təhlükəsizlik tədbirləri gücləndirilib.