Süni zəka ölüləri “dirildir”: Psixoloji təsiri dağıdıcı ola bilər

Tədqiqatçılar vəfat etmiş insanların xarakterik xüsusiyyətlərini təqlid edə bilən və “ölü robotlar” adıyla tanınan süni zəka söhbət robotlarının həyatda olan insanlar üçün böyük psixoloji təhlükə daşıdıqlarını bildirib. 
“Sherg.az” “NTV.com.tr”yə istinadən qeyd edir ki, tədqiqatçıllar “ölü robotlar”ın etdiyi təqlidlərin həyatda olan insanların psixologiyasına mənfi təsirləri olacağından ehtiyatlanır. Tədqiqatçılar bu məsələnin ciddiyə alınmasını tövsiyə edib. “Ölü robotlar” ölmüş insanların bir sıra xüsusiyyətlərini təqlid etməklə aldadıcı təsir imkanlarına malikdirlər, bu isə vəfat etmiş insanların doğmalarını, yaxınlarını, həmçinin digər insanları da güclü psixoloji təsir altına sala bilər. Kembric Universitetinin alimləri tərəfindən aparılan yeni bir tədqiqat vəfat etmiş insanları təqlid  edə bilən və "ölü robotlar" kimi tanınan süni zəka söhbət robotlarıyla bağlı təhlükəsizlik protokolları tələb olunmasının vacibliyini qeyd ediblər. Bəzi süni zəka şirkətləri müştərilərinə vəfat etmiş yaxınlarını təqlid etmək xidməti təklif edir. "Leverhulme Centre" yazarı Tomas Hollanek isə bildirib ki, belə bir xidmət çox təhlükəli ola bilər. Burada təkcə vəfat etmiş insanların yaxınlarının deyil, digər insanların da psixoloji sarsıntı keçirə biləcəyi mümkündür. Bu isə insanlara böyük sıxıntı yaşadacaq və onların psixologiyasını zədələyəcək. Bu barədə məlumatlar “ Philosophy and Technology” dərgisində yayımlanıb. Alimlər süni zəkanın bu ağlazərər keyfiyyətindən istifadənin dayandırılması və qadağan edilməsini məsləhət görüb.