Hava Limanında əməliyyat: Uşaq arabasında 73 kilo külçə qızıl tapılıb

 İstanbul hava limanında 73 kiloluq qızıl ələ keçirilib. Hava limanının Əmniyyət Şöbə Müdirliyi Araşdırma Bürosunun əldə etdiyi məlumata əsasən Birləşmiş Ərəb Əmirliklərindən Türkiyəyə gələn 2 şəxsi nəzarət altında saxlayıb. 
“Şərq” “NTV.com.tr”yə istinadən xəbər verir ki, həmin şəxslər təyyarədən enib hava limanı ərazisinə daxil olublar və baqajlarının gəlməsini gözləyiblər. Baqajlarını təslim alıb xarici xətlər qapısından çıxdıqda büro əməkdaşları onları saxlayıb. Məlum olub ki, bu şəxslər İsrail vətəndaşlarıdır. Onların üzəri və əşyaları  x-pay aparatı vasitəsilə yoxlanıb. Aparatın siqnal verməsiylə hava limanı əməkdaşları daha dərindən axtarışlara başlayıb. Şəxslərin özləriylə gətirdiyi uşaq arabasında gizlətdikləri 73  ədəd qızıl külçəsi aşkarlanıb. Qızıl külçələrinin hər birinin ağırlığı 1 kiloqram olub.  Şübhəli şəxslərdən biri ilkin dindirilmədən sonra sərbəst buraxılıb, digərininsə saxlanılmasına qərar verilib.