Azərbaycan və Ermənistanın sülh üçün tarixi fürsəti var.
APA Almaniya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Almaniya XİN rəhbəri Annalena Berbok Avropa Şurası XİN Komitəsinin Strasburqda keçirilən iclası çərçivəsində ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşündə deyib.
"Annalena Berbok erməni həmkarı Ararat Mirzoyanla danışıqlarda Almaniyanın sülh prosesinə dəstəyini davam etdirməyə hazır olduğunu vurğulayıb. İndi dialoqu davam etdirmək çox vacibdir", - nazirliyin məlumatında qeyd olunub.