Fitsoya atəş açan şəxs məhkəmə qarşısına çıxarılır

Slovakiyanın baş naziri Robert Fitsoya sui-qəsddə şübhəli bilinən şəxs mayın 18-də məhkəmə qarşısına çıxacaq.

Axar.az xəbər verir ki, bu barədə AFP məhkəmənin mətbuat katibinə istinadən məlumat yayıb.

“Məhkəmə mayın 18-nə təyin edilib. O, əlavə edib ki, prokurorluq adam öldürməyə cəhddə təqsirləndirilən şübhəlinin həbs olunmasını istəyib”, - deyə bildirilib.