Bu dəhliz üçün Bakı ilə əməkdaşlıq edirik - Overçuk

Rusiya daha yaxşı rəqabət şəraiti üçün böyük Avrasiyanın nəqliyyat və logistika əlaqəsini təmin etməyi hədəfləyir.

Axar.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk “Rusiya - İslam dünyası: KazanForum 2024” plenar sessiyasında deyib.

Onun sözlərinə görə, bu, əmtəə istehsalçıları üçün daha yaxşı rəqabət şəraitini təmin edəcək:

“Buradakı həmkarlar artıq həmin infrastruktur layihələrindən, Şimal-Cənub dəhlizinin yaradılması haqqında danışıblar. Biz Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, Qırğızıstan ilə sıx əməkdaşlıq edirik. Bu, həm dəmir yolu daşımalarının, həm də avtomobil daşımalarının inkişafıdır”.

“Biz ilk növbədə Avrasiyanın nəqliyyat və logistika əlaqəsini təmin etməyə yönəlmişik, ona görə də anlayırıq ki, biz əmtəə istehsalçılarımızı qlobal Cənub bazarlarına çıxmaları üçün ən yaxşı rəqabət şəraiti ilə təmin edirik”, - o bildirib.