Rusiya XİN Fransanı Yeni Kaledoniya əhalisinə zorakılıqdan çəkinməyə çağırıb

“Fransa hökumətini Yeni Kaledoniya xalqına qarşı zorakılıqdan çəkinməyə və onun hüquq və azadlıqlarını təmin etməyə çağırırıq”.

APA-nın TASS-a istinadən xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.

O, həmçinin diqqəti mayın 13-də keçirilən etiraz aksiyası zamanı polisin iştirakçılara zorakılıq tətbiq etməsinə yönəldib.

Rəsmi nümayəndə vurğulayıb ki, ölkəsi dinc əhaliyə analoji yanaşmanı qətiyyətlə pisləyir.