AB Ukrayna ilə bağlı gələn ay danışıqlara başlayır

AB ölkələri Moldova və Ukraynanın onların üzvlüyünə qəbulu ilə bağlı rəsmi danışıqlara iyunun 25-də başlamaq niyyətindədirlər.
Axar.az xəbər verir ki, bu barədə “Politiko” qəzetinin Avropa nəşri beş diplomata istinadən məlumat yayıb.

Onun sözlərinə görə, assosiasiyaya üzv ölkələr bu niyyətini hələ 2023-cü ilin dekabrında bəyan ediblər, lakin Macarıstanın razılaşmaması və AB-nin genişlənməsi məsələsinin 6-9 iyun tarixlərində keçiriləcək Avropa Parlamentinə seçkilər zamanı əsas mövzuya çevrilə biləcəyindən ehtiyatlanması səbəbindən qərar təxirə salınıb.