Şolts Rəisinin ölümü ilə bağlı başsağlığı verdi

Almaniya kansleri Olaf Şolts İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olması ilə bağlı başsağlığı verib.
“Qafqazinfo” xəbər verir ki, Şolts İranda hazırda prezident səlahiyyətlərini icra edən Məhəmməd Möhbərə ünvanladığı başsağlığında yazıb: 
“İran İslam Respublikası hökumətinə və təbii fəlakətdə həlak olanların ailələrinə başsağlığı veririk”.