Putindən İrana yardım təklifi: Hazırıq!

Rusiya İran Prezidenti İbrahim Rəisinin öldüyü helikopter qəzasının araşdırılmasına yardım etməyə hazırdır.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşdə deyib.

“Əgər həmkarlarımızın ehtiyacı olarsa, biz onlara bu fəlakətin əsl səbəblərinin müəyyən edilməsində ekspert dəstəyi, ekspert yardımı göstərmək üçün hər şeyi etməyə hazırıq”, - deyə Kreml rəhbəri bildirib.