AB Rusiya aktivlərini bu tarixdə Ukraynaya verəcək

Avropa Birliyi banklarından dondurulmuş Rusiya aktivlərinin reinvestisiyasından əldə edilmiş gəlirin ilk ekspropriasiyası iyulda baş tutacaq.

Axar.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) bəyanatında bildirilib.

“İlk resurslar Ukraynaya dəstək üçün 2024-cü ilin iyulunda əlçatan olacaq, sonrakı ödənişlər ildə iki dəfə həyata keçiriləcək”, - deyə bildirilib.