Dünya “Akıncı”dan danışır

İnsansız hava aparatı dünya mediasının manşetlərini bəzəyib

  İran İslam Respublikasının prezidenti və digər yüksək vəzifəliləri daşıyan vertolyotun qəzaya uğradığı yeri təsbit edən “Akıncı” insansız hava aparatı dünya mediasının manşetlərini bəzəyib. Məlumdur ki, əlverişsiz hava şəraitinə görə vertolyotun qəzaya uğradığı yer bir müddət təsbit edilməyib. Qəza yerini yalnız Türkiyənin köməyə göndərdiyi “Akınçı” təsbit edə bilib.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, “Akınçı”nın ərazidə axtarış aparması canlı yayımlanıb, 100 minlərlə insan eyni zamanda  “Akınçı”nın uçuşunu izləyib. “Akınçı” qısa müddət ərzində vertolyotun qəzaya uğradığı yeri tapıb və dəhşətli mənzərəni bütün dünya “Akınçı” vasitəsilə görüb. TİHA vəzifəsini yerinə yetirdikdən sonra Van gölü üzərində uçaraq səmada Türkiyə bayrağının əksini çəkib.  Dünya mediası “Akınçı”nın bacarığını geniş işıqlandırıb. ABŞ-nin CNN telekanalı, “Associated Press”, İtaliyanın “Corriere” qəzeti, Yunanıstanın “EPT News” xəbər kanalı, “Daily Mail” qəzeti, BBC və “Telegraph” kimi internet səhifəsi də “Akınçı”nın axtarış-xilasetmə əməliyyatı görüntülərini yayımlayaraq “Türk İHA-sı qəza yerini təsbit etdi, xilasedicilər qəza yerinə gedə bildilər” başlıqları ilə məlumatlar paylışıblar. Çin xəbər agentliyi “Xinhua”, Japoniya mərkəzi yayım qurumu NHK, Filippin Xəbər Agentliyi PNA, İranın rəsmi xəbər agentliyi IRNA, Hindistan mediası, “Əl-Cəzirə” telekanalı, İsrailin “The Jerusalem Post” gəzeti “Akınçı”nın fəaliyyətini yüksək dəyərləndirərək termal kameralarla çəkilmiş görüntüləri paylaşıb.