Xəbər verdiyimiz kimi, dünən Norveç, İrlandiya və İspaniya Fələstin dövlətini tanıdıqlarını 28 mayda elan edəcəklərini açıqlayıblar.
Axar.az xəbər verir ki, bununla da dünyada Fələstin dövlətini tanıyan ölkələrin sayı 146-ya çatdı.
Qeyd edək ki, Fələstin 1988-ci ildə müstəqilliyini elan etdikdən sonra SSRİ, Hindistan və Türkiyə də daxil olmaqla, 80-ə yaxın ölkə onu tanıyıb. Son 10 ildə Latın Amerikası ölkələri arasında Fələstinin müstəqilliyini tanıyanların sayı sürətlə artmağa başlayıb.
Xatırladaq ki, Azərbaycan Fələstin dövlətinin müstəqilliyini 1992-ci ildə tanıyıb.