Avropa ölkələri Ukraynaya sona qədər dəstək verməlidir.
APA xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə birgə mətbuat konfransında deyib..
“Biz Ukraynaya sona qədər müqavimət göstərməyə kömək etməliyik, silahlandırmalıyıq, təlim keçməliyik, dəstəkləməliyik”, - dövlət başçısı vurğulayıb.
Makron həmçinin Avropa ölkələrini sülhə nail olmaq üçün istənilən ssenariyə hazır olmağa çağırıb.