Ermənistanda N saylı hərbi hissənin əsgəri Ararat Aroyan aldığı xəsarətlər nəticəsində ölüb.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Həkimlərin səyinə baxmayaraq, hərbçinin həyatını xilas etmək mümkün olmayıb", - məlumatda deyilir.
Hadisənin başvermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.