İrəvanda aksiya: polis keşişin yolunu kəsdi

Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının arxiyepiskopu Baqrat Qalstanyanın rəhbərlik etdiyi yürüş İrəvandakı Radio Evinə çatıb. Burada qalxanlı və dəbilqəli polis onların yolunu kəsib.
Bakupost.az xəbər verir ki, bu barədə news.am saytı məlumat yayıb.
Erməni saytı qeyd edir ki, Qalstanyan hüquq-mühafizə orqanlarının əməkdaşları ilə salamlaşıqdan sonra “Yorğunam, ayaqlarım ağrıyır, bir az burda oturum, gedəcəm. Mən bu binaya daxil olmaq istəmirəm. Bu nəyin binasıdır, Radio Evi? Yaxşı, gedək, burada işimiz yoxdur” deyib.
Qeyd edək ki, Ermənistanda səhər saatlarından etiraz aksiyaları başlayıb.