Nikol Paşinyan Levon Ter-Petrosyonun davamçısıdırmı?  - Təhlil

Ermənistan tarixinə nəzər salsaq, bu ölkənin başçıları regionda hər zaman savaş və işğal siyasətini dəstəkləyiblər. Buna nəzərən bəzi dövlət başçıları isə özləri istəməsə də bu işğal oyununa qarışıb, amma savaşın ağır nəticələrini gördükdən sonra regionda liberal və sülh siyasətinə önəm veriblər. Ermənistan dövlət və hökümət başçılarının fəaliyyətlərinə baxarkən iki şəxsin bu yolda mübarizə apardığını görürük. Bunlar Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan və hazırki baş nazir Nikol Paşinyandır. 
Hər ikisinin hakimiyyət illərində Qarabağ savaşları baş verib, hər ikisi savaş sonrası ölkənin problemləri ilə qarşı qarşıya qalıblar. Ter-Petrosyan zamanında ermənilər Qarabağ savaşında qalib gələn tərəf olsalar da, savaş sonrası yox olan iqtisadiyyat və məhv olan infrastruktur ölkənin tənəzzül etməsinə səbəb olub. Qarabağ savaşları sonrası regionda işğalçı ölkə kimi tanınan Ermənistan regional əməkdaşlıq siyasətindən kənar qalıb. Bu da Ermənistanı daha çox Rusiya və İrana bağlı vəziyyətə gətirib. Çünkü bu iki ölkə dəstəyi ilə Ermənistan həm Birinci Qarabağ savaşının qalibi olub, həm də savaş sonrası ən çox xarici investisiya bu iki ölkədən gəlib. Ermənistanın hər keçən gün Rusiyaya bu qədər bağlı olması Ter-Petrosyan hakimiyyətini narahat edib. Çünkü ölkəyə ən çox yatırım edən Rusiya olduğundan bu torpaqlarda da ən çox Moskvanın sözü keçib. Ter-Petrosyan hər zaman xalqa müraciətində İrəvanın  regional işbirliği xaricində tutulduğunu  və Qafqaz'ya da Ermənistanın inkişafi isə Türkiyə və Azərbaycan ilə uzlaşmadan, əməkdaşlıqdan keçdiyini söyləyib. Xüsusi ilə Ter-Petrosyanın 1995-ci ildə qələmə aldığı "Regionda Ermənistan üçün savaş, yoxsa sülh?"məqaləsində uzun ömürlü siyasətdə Rusiya və İranın Ermənistanı yalnız bıraxacağını və regionda türklərə qarşı müdafiəyə etməyəcəyini söyləyib. Qeyd edib ki, bunun üçün Ermənistan regionda Rusiya və İrana güvənmək yerinə Türkiyə və Azərbaycanla barışmalı və dost olmalıdır. 
Ermənistan prezidenti 1995-ci ilin sonu Moskvada Türkiyə səfiri ilə görüşdə də bu məqamlara toxunub və türk diplomata "Keçmişi unutmuruq, ama keçmiş ilə də yaşamaq istəmirik" söyləyən Ter-Petrosyan Ermənistanın yeni xarici siyasəti "Regionda Türkiyə və Azərbaycan ilə qarşılıqlı anlaşmadan keçir" cümləsi ilə nitqinə davam edib. Fəqət Ter-Petrosyanın bu sözləri həm Moskva və Tehranı həm də Diaspora Ermənilərini narahat etmiş və ATƏT- in Lissabon görüşündən sonra Ermenistan hakimiyyət çevrilişi ilə iktidara Rusiya və diaspora tərəfdarı Robert Koçaryan gəlib. Ermənistandakı hakimiyyət dəyişikliyi ilə Ter-Petrosyanın uzlaşma siyasəti də sonlanıb. Təxminən 20 il sonra Ermənistanda hakimiyyətə gələn Nikol Paşinyan iktidarı da Rusya, İran və diaspora təsir dairəsindən uzaq bir siyasətçi idi. Xüsusi ilə Ermənistan da Paşinyan 2018-ci il may ayında de-fakto olaraq vəzifəyə başlayandan sonra ölkədə fransız jurnalistin Ermənistan yeni xarici siyasətində hansı amillərə Rusiyaya, yoxsa Qərbə önəm verəcək?" sualına Paşinyanın cavabı "Mən nə Qərbin, nə də Rusun adamıyam, Ermənistan xalqının seçdiyi şəxsəm və onun üçün nə Qərbin nə də Rusiyanın siyasətinə önəm verəcəm". Həqiqətən, Paşinyan Moskva ilə yolları ayrılan siyasətçidir. O Ermənistanın, Rusiyanın başını çəkdiyi Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatlarına üzvlükdən çıxmaq niyyətindədir. Xüsusi ilə İkinci Qarabağ savaşı sonrası Ermənistanın məğlubiyyəti və regionda Rusiyanın Ermənistana yardım etməməsi Paşinyan iktidarının unutmadığı dərs olmuşdur. Güclü və müasir silahlar ilə cəmi 44 günə düşmanını məhv eden  Rəşadətli Azərbaycan ordusu, Ermenistan'ı həm daxili həm də xarici siyasətdə bir daha ətraflı düşünməsinə səbəb olmuşdur. İkinci Qarabağ savaşı sonrası 2023-ci ilin sentyabr ayında Azərbaycanın anti-terror əməliyyatından 1 həftə öncə Paşinyan İtaliyanın "Le-Monde" qəzetinə verdiyi müsahibə də Rusiyanın Ermənistanı yalnız buraxdığını və Ermənistanı regionda azad və xarici siyasətinin dəyişdirilməsinə səbəb olduğunu söyləmişdir. Paşinyan həm də ilk prezident Levon Ter-Petrosyanın 1995 ci ilindəki məqaləsini xatırlayaraq "Ter-Petrosyan həqiqətən haqlı çıxdı və Rusların bizlər ilə dostluğu uzun ömürlü olmadı" cümləsini işlədib. İkinci Qarabağ savaşı və sonrakı zamanlarda yaşanan böyük məğlubiyyət Ermənistanı həm xarici həm də daxili siyasətdə köklü islahatlar etməsi ilə nəticələndi. 2020 ci il Qarabağ savaşı sonrası önə sürülən "Zəngəzur Dəhlizi" layihəsi və "Altılı İşbirliyi Proyeksiyası" ilk başlarda Ermənistan üçün önəmli olmasa da günümüz də isə Paşinyan iktidarı da bu işbirliyi layihələrini dəstəkləyərək regionda yalnız qalma psixologiyasından qurtulmaq niyyətindədir. Xüsüsi ilə son zamanlarda Ermənistanda rus əsgərlərinin sayının azalması və İrəvan Beynəlxalq Zvartnots Hava Limanın təhlükəsizlik vəzifəsi Ruslardan alınması və daha sonra Ermənistanın Kollektiv Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatından ayrılma istəyi və bu ortaq müdafiə  orqanını maliyyələşdirməyi qəbul etməməsi Ermenistan'ı regionda Rusiyadan azad siyasətinin önünü açan amillərdən biridir.
Paşinyanın liberal və sərbəst xarici siyasəti qısa planda əngəllər ilə qarşılansa da orta və uzun hədəfi olan strateji planda isə bu işbirliyi hərəkətləri Ermənistan'ı işğal siyasətindən uzaqlaşdırıb regional işbirliyi mərkəzinə yaxınlaşdıracaq. Bununlada daxili və xarici müdaxilələr olmasa Nikol Paşinyan Ermenistan üçün liberal sahə də bir qurtarıcı şəxsiyyət olacaq və sələfi Levon Ter-Petrosyan'ın başlatdığı regional işbirliği siyasətini uğurlu sonlandıracaq dövlət adamı olacaqdır.
Regiondakı liberal və qarşılıqlı əməkdaşlıq nə qədər ön plana çıxarsa, Cənubi Qafqaz bir o qədər güvənilir və suveren coğrafiyaya çevriləcək". 

Raşid Sadıqov, 
Sakarya Üniversiteti, Beynəlxalq Münasibətlər Doktorantura tələbəsi