Özbəkistanla əlaqələrdə onlar əsas rol oynayır - Putin

Rusiya və Özbəkistanın regionları iki ölkə arasında əlaqələrin möhkəmlənməsində əsas rol oynayır.

Axar.az xəbər verir ki, bunu Rusiya və Özbəkistanın Regionlar Şurasının iclasında Rusiya Prezidenti Vladimir Putin bildirib.

"Regionlar həqiqətən də Rusiya ilə Özbəkistan arasında hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsində əsas rol oynayır və münasibətlərimizin bütün kompleksinin inkişafına mühüm töhfə verir", - Putin söyləyib.