Netanyahu İsrail ordusunun hücumunu "faciə" adlandırdı

Biz HƏMAS-a təzyiq etməliyik və bunu edirik. Rəfahda müharibədə iştirak etməyən bir milyon sakini təxliyə etdik və bütün səylərə baxmayaraq, dünən faciəli hadisə baş verdi.

Axar.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu bildirib.

Netanyahu çadır şəhərciyinin vurulması ilə bağlı araşdırma apardıqlarını bildirib:

"Bizim üçün döyüş əməliyyatlarında iştirak etməyən hər bir öldürülən şəxs faciədir. HƏMAS üçün bu, bir strategiyadır".

Qeyd edək ki, ötən gün İsrail ordusu Qəzzanın cənubunda, Rəfahda BMT-nin təşəbbüsü ilə salınan çadır şəhərciyinə raket zərbəsi endirib. İlkin məlumata görə, 40 nəfər bu hücumda həlak olub, onlarla yaralı var.