Rusiya azad iqtisadi zonada PUA zavodu tikir

Rusiya Tatarıstanda yerləşən Alabuqa Azad İqtisadi Zonasında yeni pilotsuz uçuş aparatı (PUA) zavodu tikir.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin "SavunmaSanayiST" portalı məlumat yayıb.

Zavodda ildə 5 mindən çox “Şahid-136” tipli kamikadze PUA istehsalı planlaşdırılır.

Qeyd edilib ki, hazırda İran istehsalı olan “Şahid-136” Rusiya tərəfindən Ukrayna ilə müharibədə aktiv şəkildə istifadə olunur.