Rusiya Prezidenti: “Taliban”la hansısa formada əlaqələr qurmalıyıq

Rusiya “Taliban”la hansısa formada əlaqələr qurmalıdır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Taliban”ın Rusiya Federasiyasında terror təşkilatları siyahısından çıxarılmasının mümkünlüyü haqqında danışarkən bildirib.

"“Taliban”la hansısa formada əlaqələr qurmalıyıq, onlar hazırki hakimiyyətdir", deyən Putin qeyd edib ki, Rusiya "Taliban"ın terrorçu təşkilarların siyahısından çıxarılması məsələsində regiondakı hər bir ölkənin fikrini nəzərə alır. "Qərar birlikdə işlənəcək", deyə Rusiya prezidenti vurğulayıb.