AB Azərbaycanla işləməyə davam edəcək - Mixalko

Avropa Birliyi (AB) Azərbaycanla tərəfdaşlığını daha da gücləndirmək üçün birgə fəaliyyətini davam etdirəcək.

Axar.az xəbər verir ki, bunu AB-nin Azərbaycandakı səfiri Peter Mixalko deyib.

"Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirik! Azərbaycana və onun vətəndaşlarına sülh və firavanlıq arzularımızı çatdırırıq! Tərəfdaşlığımızı daha da gücləndirmək üçün birlikdə işləməyə davam edəcəyik!", - Mixalko bildirib.