Rusiya daha bir ölkənin ərazisini özünə qatmağa hazırlaşır

Cənubi Osetiya sakinləri Rusiyanın tərkibinə daxil olmağa çalışırlar. Belə bir qərar xüsusilə Abxaziya və Gürcüstanla münasibətlər çərçivəsində rezonans doğuracaq.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin bildirib.

“Açıq suala səmimi cavab vermək vacibdir. Mən bu cavabı belə başa düşürəm. İlk növbədə onu deyim ki, Cənubi Osetiya sakinlərinin respublikanın Rusiya Federasiyasının tərkibinə daxil olması üçün səy göstərdiklərinə heç bir şübhəm yoxdur. Lakin belə bir qərar özlüyündə rezonans doğuracaq. Rusiya Federasiyasının Cənubi Osetiya ilə münasibətlərində heç bir problem yoxdur. Bununla belə, Rusiya Federasiyası respublikanın ilhaqı məsələsində kifayət qədər ehtiyatlı davranmalıdır“.

Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Viktor Sobolev də Cənubi Osetiyanın Şimali Osetiya ilə birləşməsindən sonra Rusiyanın tərkibinə daxil edilməsini dəstəkləyib. O, bölgədə Rusiya vətəndaşlarının yaşadığını iddia edib.