Ermənistanla Aİ arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi razılaşdırılıb

Ermənistanın müdafiə naziri Suren Papikyanla Avropa İttifaqının Hərbi Komitəsinin rəhbəri, general Robert Briqqer müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəlib.
APA-nın Ermənistan mediasına istinadən xəbərinə görə, görüş Suren Papikyanın Brüsselə səfəri çərçivəsində baş tutub.
Tərəflər həmçinin regional təhlükəsizliklə bağlı məsələləri müzakirə edib.