4 kəndin qaytarılmasından sonra... - Markov

Qazax rayonunun dörd kəndinin Azərbaycana qaytarılmasından sonra sərhədlərin delimitasiya və demarkasiya prosesi əhəmiyyətli dərəcədə sürətlənəcək. Bu, sülh sazişinin imzalanması üçün çox yaxşı şərait yaradacaq.

Axar.az xəbər verir ki, bunu Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Sergey Markov jurnalistlərlə söhbətində bildirib.

“Öz adımdan və Rusiyada çox olan Azərbaycanın bütün dostları adından Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edirəm. Biz çox şadıq ki, Azərbaycan bu gün həqiqətən müstəqil dövlətlərdən biridir, çünki o, müstəqil siyasət aparır. Azərbaycan qalib ölkədir. Azərbaycan İkinci Qarabağ müharibəsində Zəfər çalıb və iqtisadi artımı nümayiş etdirir. Bakı milyonlarla turistin ziyarət etmək istədiyi çox gözəl, müasir şəhərdir. Azərbaycan, şübhəsiz, Cənubi Qafqazın liderinə çevrilib”, - Markov bildirib.