Braziliya prezidenti İsraildəki səfiri geri çağırdı

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ölkənin İsraildəki səfiri Federiko Meyeri rəsmən geri çağırıb.

Axar.az xəbər verir ki, bu barədə "Qlobo" nəşri məlumat yayıb.

Səfirin hansı səbəbdən geri çağırıldığı bildirilmir. Meyerin vəzifəsini Təl-Əvivdə müvəqqəti işlər vəkili Fabio Farias icra edəcək.