ABŞ Moldovaya islahatlar üçün 50 milyon dollar ayıracaq

ABŞ Moldovaya islahatlar üçün 50 milyon dollar ayıracaq.
“Report” xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu ilə birgə mətbuat konfransında çıxış edən ABŞ dövlət katibi Antoni Blinken deyib.
“Bu gün Konqres ilə əməkdaşlıqda [Moldovanın] enerji və kənd təsərrüfatı islahatları məqsədlərinə nail olmaq və dezinformasiya ilə gələcək mübarizə üçün əlavə 50 milyon dollar ayıracağımızı elan edirəm”, – Blinken bildirib.
Onun fikrincə, bu, Şərqi Avropa ölkəsinin digər ölkələrin seçkilərə müdaxiləsinə qarşı durmaq “qabiliyyətini gücləndirməli”, həm də ona Avropa inteqrasiyasına doğru irəliləməyə davam etməyə imkan verəcək.