İrəvanda hökumət binası önündə polislə etirazçılar arasında qarşıdurma baş verib - YENİLƏNİB

İrəvanda polislə “Vətən Uğrunda Tavuş” hərəkatının Ermənistan hökumətinin binası qarşısındakı itaətsizlik aksiyası keçirən iştirakçıları arasında toqquşma olub.

APA “news.am”a istinadən xəbərinə görə, polis onlardan yolun hərəkət hissəsindən çıxmağı tələb edib, lakin kütlə buna tabe olmayıb.

Nəticədə polis bir neçə nəfəri saxlayıb. Qeyd edək ki, bu dəqiqələrdə hökumətin iclası keçirilir.

***
Ermənistanın paytaxtında polis hökumət evinin binasını mühasirəyə alıb.

APA-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, buna səbəb yerli vaxtla saat 10:30-da, Nazirlər Kabinetinin iclası başlayan ərəfədə keşiş Baqrat Qalstanyan və tərəfdarlarının ərazidə etiraz aksiyası keçirəcəyi barədə daxil olan informasiyadır.

Məlumata əsasən, polis əməkdaşlarına aksiyanın qarşısının alınması ilə bağlı qəti göstəriş verilib.