NATO buna görə cavab verəcək - Zaxarova

Ukraynanın Qərb silahları ilə Rusiya ərazisinə endirdiyi zərbələrə görə NATO cavab verməli olacaq.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Teleqram kanalında yazıb.

O bildirib ki, ukraynalıların müstəqil şəkildə Qərb silahlarından istifadə etmək imkanı yoxdur, bunun üçün NATO ölkələrində uçuş missiyası formalaşdırılıb:

“Vaşinqton, London, Parisdə anlamalıdırlar ki, Rusiya endirilən zərbələrlə bağlı NATO-nun rolunu mükəmməl başa düşür”.