Türkiyə NATO-nun Rusiya-Ukrayna müharibəsinə qatılmağını istəmir

Türkiyə NATO-nun Rusiya-Ukrayna müharibəsinə qatılmağını istəmir. 
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan bildirib. 
O, eyni zamanda, Ukraynaya dəstəyin davam etməsinin də vacib olduğunu vurğulayıb.