İndi daha çox NATO ölkəsi fikrimizi dəstəkləyir - Fidan

Ukraynadakı münaqişənin diplomatik yolla həllinin vacibliyi ilə bağlı Ankaranın fikirlərini daha çox NATO ölkəsi dəstəkləməyə başlayıb.

Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Praqada NATO-ya üzv dövlətlərin XİN rəhbərlərinin qeyri-rəsmi görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.