Mirzoyan fraksiya üzvləri ilə görüşdü: Bakı ilə sülh prosesi...

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Mülki Müqavilə Partiyasının fraksiyasının üzvləri ilə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, görüşdə Ermənistan-Azərbaycan sülh prosesi müzakirə olunub. Regional və beynəlxalq proseslərlə bağlı fikir mübadiləsi aparılıb.