İrəvanda 41 gün aclıq edən Nikolyan Fransaya qayıtdı

İrəvanın Zvartnots hava limanında 41 gün aclıq aksiyası keçirən erməni əsilli fransız jurnalist Leo Nikolyan Fransaya qayıdıb.

Axar.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.

“Mübarizəni davam etdirmək üçün özümə gəlməliyəm, sağlamlığımı yaxşılaşdırmalı, yemək yeməliyəm”, - Nikolyan bildirib.

Bu müddətdə 19 kq arıqladığını bildirən Nikolyan Fransa parlamentinə gedib Ermənistanda baş verənlərlə bağlı danışmaq niyyətindədir.

Xatırladaq ki, erməni əsilli fransız hərbi jurnalisti Leo Nikolyan 23 apreldə Ermənistana gəlib və aeroportdan buraxılmayıb. Pasport nəzarətindən keçən zaman jurnalistə İrəvana girişinin qadağan edildiyi bildirilib. Buna etiraz olaraq o, hava limanında qalıb və aclıq aksiyasına başlayıb.