Çin kəşfiyyatı Mİ6-nın casuslarını ələ keçirdi

Britaniyanın Mİ6 kəşfiyyat xidməti Çinin mərkəzi dövlət qurumlarının iki əməkdaşını “işə” cəlb edib.
Axar.az xəbər verir ki, bu barədə Çin Dövlət Təhlükəsizlik Nazirliyi məlumat yayıb.
“Söhbət Vanq və Çjou cütlüyündən gedir: birinci 2015-ci ildə təhsil mübadiləsi üçün Britaniyaya gəlib və orada işə götürülüb. O, Britaniya tərəfinə pul müqabilində konsultasiya xidmətləri göstərməyə başlayıb, bundan sonra vacib məlumatları toplamaq üçün Çinə göndərilib. Sonradan onun arvadı da işə qəbul edilib”, - məlumatda deyilir.