Putin Szinpindən üç məsələ üçün xahiş etdi

Rusiyanın Çinlə “Sibirin gücü-2” qaz kəməri üzrə saziş bağlamaq cəhdləri Pekinin qiymət və təchizat həcmləri ilə bağlı əsassız tələblərinə görə dalana dirənib.
Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” öz mənbələrinə istinadən məlumat yayıb.

“Pekinin boru kəməri ilə bağlı sərt mövqeyi Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Putini iqtisadi cəhətdən Çin liderindən getdikcə daha çox asılı vəziyyətə saldığını nümayiş etdirir. Pekin rus qazını yüksək subsidiyalı Rusiya daxili qiymətlərinə yaxın bir qiymətə almaq istəyir və boru kəmərinin planlaşdırılan illik 50 milyard kubmetr gücünə nisbətən qazın yalnız kiçik bir hissəsini almağa hazırdır. Kreml “Sibirin Gücü 2” ilə bağlı yaxın gələcəkdə razılıq olacağına əminliklə israr etsə də, Rusiya liderinin may ayında Pekinə səfəri zamanı “Qazprom”un rəhbəri Aleksey Millerin Putinə qatılmaması danışıqların dalana dirənməsini göstərir”, - mənbə bildirib.

Qeyd olunur ki, səfər zamanı Putin Çin liderindən üç məsələni xahiş edib:

“Putin Szinpindən “Sibirin Gücü”, Rusiyada Çin banklarının fəallığının artırılması və Pekinin iyunda İsveçrədə keçiriləcək sülh konfransında iştirak etməməsi ilə bağlı xahiş edib. Çin Cenevrədəki Ukrayna sammitinə qatılmayacağını açıqladı. Pekin və Moskva Rusiyanın müdafiə sənayesi üçün komponentlərin ticarətini maliyyələşdirəcək bir və ya bir neçə bankın ayrılmasını müzakirə edir. Boru kəməri ilə bağlı razılaşma isə hələ çox uzaqdadır”.