İsrailin Hərbi Kabineti çökdü: Benni Qantz istefa verib


İsrailin Hərbi  Kabinetinin üzvü Benni Qantz İsrailin Qəzza zolağına qarşı apardığı soyqırım müharibəsinin 8-ci ayında baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi fövqəladə hökumətdən istefa verdiyini açıqlayıb.

Sherg.az xəbər verir ki, Qantz mətbuat konfransında deyib: “Təəssüf hissi ilə hökumətdən rəsmi istefa verdiyimi elan edirəm”. 

Netanyahunun İsrailin "həqiqi qələbəyə doğru irəliləməsinə" mane olduğunu iddia edən Qantz, Netanyahunun siyasi mülahizələrə əsaslanaraq qərarlar verdiyini bildirib.

Qantz Netanyahunu "mümkün qədər tez" erkən seçkilərə çağırıb və müdafiə naziri Yoav Qallantı hökumətdən çəkilməyə dəvət edib.

ABŞ prezidenti Co Baydenin irəli sürdüyü məhbus mübadiləsi təklifini dəstəklədiyini bildirən Qantz, Netanyahudan bu razılaşmaya nail olmaq üçün cəsarətli olmasını istəyib.