Linza taxdı, 2 gözü kor oldu

Qadın deyib ki, son 3 ayda toplam 30 dəqiqə rahat yata bilib
 
Linzalarla bağlı daha bir faciəvi olay yaşanıb. 34 yaşlı Reyçel Proknov gözünə linza taxıb, gözündə qıcıqlanma, sonrasında isə qaşınma və ağrı yaranıb. Həkimə müraciət etdikdə isə hər şeyin artıq çox gec olduğu üzə çıxıb. 
“Sherg.az” “Miıiyet.com.tr”y istinadən bildirir ki, ABŞ-də yaşayan Reyçel Proknov 11 yaşından etibarən linzadan istifadə edib və heç bir problem olmayıb.  Bir neçə ay əvvəlsə gözlərində qaşınma, ağrı hiss etməyə başlayıb. 34 aylıq hamilə olan qadın həkimə müraciət edib. Həkimin söylədikləri qadını şoka salıb. Məlum olub ki, Reyçelin gözlərinə infeksiya düşüb. Qadın idman salonuna getməyi sevib. Gözlərində qaşınma və ağrını elə idman salonundan çıxarkən hiss edib. Linzanın tərpəndiyini düşünərək evə gedib, ertəsi gün anasının doğum günü məclisində iştirak edib. Amm ağrı azalmayıb, əksinə, qadının gözləri işığa qarşı həssaslaşmağa başlayıb. Qadın göz həkiminə müraciət edib. Həkim göz damcısı təyin edib. Amma problem həll olunmayıb. Ağrı, qaşınma azalmayıb.  Qadın ümumlikdə 82 həkimə müraciət edib.  Yalnız 2 həftə sonra nə baş verdiyi müəyyənləşib. Məlum olub ki, qadının gözləri  Acanthamoeba Kerititas infeksiyasına yoluxub. Bu infeksiya torpaqda və lal sularda – axarı olmayan sularda, hətta mənzillərə verilən məişət sularında da əmələ gəlir. İdman salonlarındakı jakuzi, hovuzlarda da onlara rast gəlinir. Mikroorqanizmlər gozlərə asanlıqla nüfuz edə bilir. Nəticədə gözlərdə qaşınma, yanma və ağrı yaranır.  Reyçel uzun müddət əziyyət çəkib. Sayszı-hesabsız dərman preparatları qəbul edib. Yuxusuz qalıb. Qadın deyib ki, son 3 ayda toplam 30 dəqiqə rahat yata bilib. Övladını dünyaya gətirib. Anası, atası ona kömək etmək üçün mənzilinə daşınıb. Reyçelin əziyyətləri isə bitməyib. Qadın “bu günədək kimsə mənə linza ilə hovuza, dənizə girmək, duş qəbul etmək olmaz”, deməyib. Dənizdə, hovuzda çimməmişəm, amma duş qəbul edərkən linzalar gözümdə olub. Həkim Cəlal Öcal isə linzalardan istifadə edənlərə xəbərdarlıq edib: “Kimsə, bu, mənim başıma gəlməz”, deyib özünü aldatmasın. Bu infeksiyaya yoluxmuş insanlarda işığa qarşı yüksək həssaslıq və qızartı müşahidə edilir. Gözdə ləkələr əmələ gəlir. Kontakt linzalardan istifadə edənlər gözlərdə ağrı hiss etdikdə mütləq həkimə müraciət etsinlər. Çünki bu infeksiya gözdə korluğa gətirib çıxarır. Gecə yatarkən linzalar çıxarılmalıdır, dənizdə, hovuzda çimərkən, duş qəbul edərkən də linzalar mütləq çıxarılmalıdır. Linzalar  istifadə müddəti bitməmiş mayelərin içərisində saxlanmalıdır və onları gözə taxmazdan əvvəl əllər mütləq yuyulmalı, dezinfeksiya edilməlidir”.