Putin Hakan Fidanı qəbul edəcək

Rusiya Prezidenti Vladimir Putin Moskvada işgüzar səfərdə olan Türkiyə xarici işlər naziri Hakan Fidanı qəbul edəcək.

APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Putin Türkiyə XİN başçısını bu gün axşam saatlarında qəbul edəcək.