Fransa Prezidenti Emmanuel Makron qarşıdan gələn parlament seçkilərinin nəticəsindən asılı olmayaraq, istefa verməyəcəyini deyib.
APA xəbər verir ki, bu barədə Fransa dövlət başçısı "Le Figaro" jurnalına müsahibəsində bildirib.
"Konstitusiyanı və onun ruhunu yazan "Milli Birlik" (partiyası -red.) deyil. Nəticə nə olursa olsun, qurumlar və prezidentin yeri aydındır", - o deyib.
Xatırladaq ki, Makron Avropa Parlamenti seçkilərində ifrat sağçı "Milli Birlik" partiyasının aparıcı üstünlüyünə cavab olaraq, ölkədə vaxtından əvvəl parlament seçkiləri keçiriləcəyini elan edib